"Messinin müqaviləsini mətbuatda görəndə təəcübləndim. Bu cür pis niyyətli insanlarn olmasını anlaya bilmirəm. Messi "Barselona"ya çox şeyini verib. Hamıdan daha çox".
Modern.az xəbər verir ki, bunu Uruqvay mətbuatına açıqlamasında "Barselona"nın keçmiş hücumçusu, hazırda İspaniyanın "Atletiko Madrid" komandasında oynayan Luis Suarez bildirib.
Uruqvaylı forvard keçmiş komanda yoldaşı Lionel Messi ilə dostluğundan da danışıb:
"Bir gün məşq bazasına gəldim və Messi ilə mate içməyə başladıq. O andan bəri dostluğumuz başladı, ailələrimiz bir birini tanıdı. Həyat yoldaşlarımız əla dostlaşdılar və bizim də dostluğumuzu möhkəmləndirdilər.
Mən və Messi "Barcelona"da hər hansı qərarlar vermirdik. Əlbəttə, Leo üçün darıxmışam, çox yaxın idi və indi ancaq telefonda danışmaq qəribədir.
Kuman zəng etdi və dedi ki, mən onun planlarına daxil deyiləm. Bu qərar qəbul etdim, amma ona dedim ki, hələ müqaviləm var və klub bu məsələni həll etməlidir. Bartomeu ilə bu haqda danışığım olmayıb. Bu qərarı qəbul etmək çətin idi, bunu gözləmirdim. Yoldaşım və uşaqlarım məni məşqə necə kədərli getdiyimi görürdülər.
Messi və azarkeşlər rəhbərliyin və Kumanın bu qərarını anlamadılar. Mən isə istəyirdim ki, kluba problem olmayım. Daha sonra bir neçə gün kədərli və məyus olduqdan sonra, əhvalımı dəyişdim. Yeni çağırış tapdım, hər şüy üçün mübarizə aparan bir klub mənə maraq göstərdi və məni görməyi çox istədi. Bu qiyməti görmək çox xoş bir hissdir. İnsanların çoxu düşünür ki, "Barcelona"da oynamaq və mövsümə 20 qol vurmaq asan işdir. Xeyr, asan deyil, daima təzyiq altında olursan".
Qeyd edək ki, Madriddə çıxan "El Mundo" qəzetində "Barselona"nın kapitanı Lionel Messinin 2017-ci ildə klubla imzaladığı müqavilənin detalları nəşr olunub. Bu isə Lionel Messi və "Barselona" klubu arasında qalmaqala səbəb olub.
T.İSMAYIL