Modern.az

İspaniya daha bir peyvəndin istifadəsinə icazə verdi

İspaniya daha bir peyvəndin istifadəsinə icazə verdi

Aktual

6 Fevral 2021, 00:42

İspaniya Səhiyyə Nazirliyi Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin yalnız 18-55 yaş arası olan şəxslər üçün istifadə edilməsinə icazə verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “El Pais” qəzeti xəbər yayıb.

 

Qeyd olunub ki, peyvəndin ilk dozalarının həftəsonu İspaniyaya gətirilməsi gözlənilir. Qərara əsasən, “AstraZeneca” peyvəndi pandemiyaya qarşı mübarizədə iştirak etməyən həkimlər, tibb və sosial işçilərinə vurulacaq.

 

İndiyə qədər ölkədə Pfizer və BioNTech konsorsiumu və Moderna tərəfindən hazırlanmış peyvəndlərdən istifadə olunurdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza