Modern.az

Mirmahmud Mirəlioğlu: “Elçibəy haqda deyilənlərin bəziləri əsassız deyil”

Mirmahmud Mirəlioğlu: “Elçibəy haqda deyilənlərin bəziləri əsassız deyil”

Təhsil

17 Avqust 2012, 15:17

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu mərhum eks-prezident Əbülfəz Elçibəyin ölümündən əvvəl zəhərləndiyi barədə iddialara münasibət bildirib.

M.Mirəlioğlu Modern.az-a açıqlamasında eks-prezidentin zəhərlənərək, öldürülməsi ilə bağlı Hafiz Hacıyevin qaldırdığı məsələlərin yersiz olduğunu deyib.

“Mən bu məsələlərlə bağlı hesab edirəm ki, bəzi təfərrüatlar, dəqiqləşdirmələr yersizdir. Amma bəziləri də əsassız deyil. Bu barədə kifayət qədər şahidlər var. Təbii ki, bu məsələlərlə bağlı informasiyası olan insanlar da çoxdur”, - deyə KXCP sədri vurğulayıb.

M.Mirəlioğlu Bakı şəhər prokurorluğunda başlanan cinayət işi ilə bağlı hələki istintaqa çağırılmadığını bildirib:

“İstintaqa görə məni prokurorluqdan dəvət edən olmayıb, mən ancaq Azərbaycan mediasından və bir-iki nəfərdən bu barədə eşitmişəm”.

Mirmahmud Mirəlioğlu mərhum Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından olub.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi