Modern.az

Azərbaycan-İran sərhəddində atışma olub

Azərbaycan-İran sərhəddində atışma olub

Təhsil

17 Avqust 2012, 16:38

Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları mütəşəkkil cinayətkar dəstə tərəfindən İrandan Azərbaycana külli miqdarda narkotik maddə qaçaqmalçılığının qarşısını alıblar. Qurumun mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, hadiə bu gün Bilıəsuvar rayonu ərazisində baş verib.

Belə ki, həmin tarixdə Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 04:00 radələrində üzərilərində böyük ölçülü bağlamalar olan 5 nəfər silahlı şəxsin İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunubdur.

Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə qarşı odlu silahdan atəş açaraq İran istiqamətində geriyə qaçıblar. Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından 1 nəfəri yaralanıb. Sərhəd pozucuları havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək müqabil əraziyə qayıdıblar. Hadisə yerinə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 66 kq ağır xassəli narkotik maddə olan tiryək aşkar olunub.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi