Modern.az

Lent.az müxbiri artıq Suriyadadır - baş redaktor

Lent.az müxbiri artıq Suriyadadır - baş redaktor

Təhsil

17 Avqust 2012, 16:58

Suriyadakı vəziyyəti işıqlandırmağa gedən digər jurnalist “Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlidir. Onun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, “Lent.az” saytının baş redaktoru Qabil Abbasoğludan jurnalist haqqında ətraflı məlumat öyrənməyə çalışdıq. Q.Abbasoğlu bildirib ki, Səbuhi Məmmədli hazırda ordadır.

“Dünən Türkiyə ərazisindən Suriyaya keçdi. Oradakı vəziyyətlə tanış olub. Elə ilk orada gördükləri barədə olan reportajını hazırlayıb göndərib. Bu gündən isə artıq Suriya ərazisindədir”.

Q. Abbasoğlu jurnalistin Suriyadakı vəziyyətlə bağlı bu gündən xəbərlər verdiyini qeyd edib. O, S. Məmmədli ilə də əlaqə saxlamağın çətin olduğunu bildirib. “Özü əsasən xəbərləri hazırlayıb imkan olan kimi internetlə göndərir. Telefonla da əlaqə saxlayırıq, amma bu olduqca çətindir. Səhra ölkəsidir və bizdəki kimi şərait yoxdur”.

S.Məmmədli yazılarında Suriyada fəlakətli vəziyyətin hökm sürdüyünü də vurğulayıb. “Dünən o sərhəddə olarkən səhər tezdən iki kənd bombalanmışdı, 100-dən artıq adam ölmüşdü və yaralılar Türkiyə ilə sərhədə gətirilirdi. Bunların hamısının şahidi olub və orada bu vəziyyətdə işləmək çox çətindir”.

Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi