Modern.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyinə hücum olub, binaya kifayət qədər maddi zərər dəyib. Bu haqda məlumatı diplomatik nümayəndəlik yayıb.
Rus mətbuatının məlumatına görə, Rusiyanın Londondakı səfirliyinə hücum edənlər Suriya hökümətinə qarşı lozunqlarla çıxış edib və səfirliyin binasını daş-qalaq edib. Binaya kifayət qədər maddi zərər dəysə də, xəsarət alan olmayıb.