Fevralın 5-də ölkəyə koronavirus əleyhinə daha 648000 doza peyvənd gətirilib.
Bu barədə Modern.az-a Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.
Hökumət rəsmisinin sözlərinə görə, bununla da ümumilikdə ölkəyə gətirilən vaksinlərin sayı cəmi 848 min dozaya çatıb.