Modern.az

Yoluxma minimuma endi - daha 3 nəfər öldü

Yoluxma minimuma endi - daha 3 nəfər öldü

6 Fevral 2021, 17:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6582, ötən müddət ərzində isə ümumilikdə 2446300 test aparılıb.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər