Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsində avtomobil yolu keçən 1941-ci il təvəllüdlü Rzayev Ağahüseyin Gülmirzə oğlunu vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır (report).