Xırdalanda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü yolda təhlükəli anlar yaşadıb.
Fevralın 5-i Heydər Əliyev prospekti ilə hərəkət edən 90-UD-674 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq yüksək sürətlə sola - Mehdi Hüseynzadə küçəsinə dönüb. Bu zaman yaşıl işıqda yolayrıcına daxil olan sürücü qəza vəziyyəti ilə üzləşib.
Modern.az "avtosfer.az"a istinadla sözügedən videogörüntünü təqdim edir: