Modern.az

ABŞ prezidenti işsiz qadına zəng etdi

ABŞ prezidenti işsiz qadına zəng etdi

6 Fevral 2021, 23:12

ABŞ prezidenti Cozef Bayden Kaliforniyanın koronavirus pandemiyasına görə iş yerini itirmiş Mişel adlı sakininə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının tvitterdəki hesabında bildirilir.

 

Qeyd edilir ki, qadın bundan əvvəl prezidentə məktub yazıb. Bayden isə ona zəng edərək stimullaşdırıcı tədbirlər proqramından danışıb.

 

“İdeya budur ki, biz yenidən açıq biznes istəyirik. İnsanların ehtiyac duyduğu təcili yardımı təmin edəcək plan qəbul edəcəyik. Bu, kiçik müəssisələrin açılmasına kömək edəcək”, - Amerika lideri deyib.

 

ABŞ prezidenti daha əvvəl bildirib ki, koronavirusa görə 36 milyon amerikalı aclıq çəkir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza