Modern.az

Səhvən beş doza peyvənd vuruldu, heç bir fəsad yaranmadı

Səhvən beş doza peyvənd vuruldu, heç bir fəsad yaranmadı

Aktual

6 Fevral 2021, 23:39

Sinqapur Milli Oftalmologiya Mərkəzinin əməkdaşına səhvən beş doza koronavirus peyvəndi vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

 

Hadisə yanvarın 14-də baş tutub. Peyvəndin dozasını müəyyənləşdirən əməkdaş bir neçə dəqiqəlik öz yerini tərk edib. Digər əməkdaş isə hazır doza olduğunu zənn edərək peyvəndi vurub.

 

Bu səhv dərhal müəyyən edilib və həkimlər peyvənd vurulan şəxsi nəzarətə götürüblər. Onda hər hansı bir fəsad üzə çıxmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza