Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır (report).