Modern.az

Meksikada 90 milyon dollarlıq narkotik müsadirə olundu

Meksikada 90 milyon dollarlıq narkotik müsadirə olundu

Dünya

7 Fevral 2021, 08:50

Meksika hərbçiləri ölkənin şimal-qərbində, Sinaloa ştatının sahillərində böyük bir narkotik partiyası daşıyan gəmini saxlayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS ölkənin Hərbi-Dəniz Donanması Nazirliyinə istinadən məlumat yayıb.

 

İki nəfərin idarə etdiyi gəmidə 2,5 tondan çox metamfetamin və 100 mindən çox fentanil tableti aşkar olunub.

 

Təxmini qiymətləndirmələrə görə, həmin narkotik maddələrin qara bazardakı ümumi dəyəri təqribən 90 milyon dollardır.

 

Rəsmi dairələr narkotik maddələrin “Sinaloa” narkotik kartelinə aid olduğunu ehtimal edir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza