Modern.az

Trampın daha bir fərmanı ləğv edildi  

Trampın daha bir fərmanı ləğv edildi  

7 Fevral 2021, 08:58

ABŞ üç ölkə - Salvador, Qvatemala və Hondurasla imzalanmış sığınacaqla təmin etməyə dair müqavilələrin icrasını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken açıqlama verib.

 

Bu razılaşmalar keçmiş prezident Donald Tramp administrasiyası tərəfindən əldə olunmuşdu.

 

“Salvador, Qvatemala və Honduras hökumətlərinə məlumat verdik ki, ABŞ bu addımları bölgədə miqrasiyaya yanaşmanı əməkdaşlıq və qarşılıqlı etimad əsasında inkişaf etdirmək üçün atır”, - Blinken belə deyib.

 

Qeyd edək ki, həmin razılaşmalar ABŞ-da deyil, bu ölkələr daxilində sığınacaq verilməsini nəzərdə tuturdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza