Modern.az

Jurnalistlər üçün tikilən binadan ən son - FOTOLAR

Jurnalistlər üçün tikilən binadan ən son - FOTOLAR

17 Avqust 2012, 20:03
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən bina tamamlanmaq üzrədir. Modern.az saytının əməkdaşı binanın sonuncu mərtəbəsinin də tikildiyini müşahidə edib. Artıq binanın bir neçə mərtəbəsində plastik qapı və pəncərələr quraşdırılıb. Həmçinin binanın aşağı mərtəbələrinin bir neçəsində təmir işləri də başlayıb.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 154 mənzildən ibarət olacaq. Jurnalistlərin binası 2013-cü ilin sentyabrında tam təmir olunmuş vəziyyətdə qələm sahiblərinin istifadəsinə veriləcək.  

 

 

 

 

 

 

 

 

 

 


Elçin AĞAYEV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI