Modern.az

Dünyada indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı

Dünyada indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı

7 Fevral 2021, 10:58

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı  ölkələrin sayı 73-ə çatıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

 

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub, gündəlik vaksin olunanların sayı isə 4,69 milyon nəfərə çatıb.

 

Məlumatda qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 40.5 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 12.3%-i edir. Ötən həftənin göstəricilərinə əsasən ABŞ-da gündəlik 1.43 milyon nəfərə peyvənd vurulub.

 

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 31.2 milyon (2.23%), Avropa İttifaqında 15,5 milyon (3.72%), Böyük Britaniyada 11.9 milyon (17.9%) nəfərə peyvənd vurulub.

 

Vaksin edilənlərin əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə isə İsraildir. Bu ölkədə artıq 5.4 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 59.9%-ni təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza