Modern.az

Serxio Ramos əməliyyat olundu

Serxio Ramos əməliyyat olundu

7 Fevral 2021, 12:06

Madrid “Real”ının müdafiəçisi Serxio Ramos əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, İspaniya nəhənginin kapitanı sol dizindəki problemlərlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçunun əməliyyatının uğrulu keçdiyi bildirilsə də, onun dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

 

İspaniya mətbuatı isə Ramosun azı iki ay yaşıl meydanlardan uzaq qalacağını yazır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza