Modern.az

Argentinalı bombardir futbolçu evində ölü tapıldı

Argentinalı bombardir futbolçu evində ölü tapıldı

Dünya

7 Fevral 2021, 12:20

Argentinanın “Qodoy-Krus” klubunun futbolçusu Santyaqo Qarsiyanın meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, 30 yaşlı hücumçu öz evində ölü vəziyyətində aşkarlanıb.
 

Onun cəsədinin yanında odlu silah olub. Santyaqo ölümcül yaralardan vəfat edib. Polis futbolçunun özünə qəsd etdiyi ehtimalının olduğunu da açıqlayıb. 

 

Qarsiya “Qodoy-Krus”un tarixində ən yaxşı bombardirdir. O, yüksək liqada klubun 51 qoluna imza atıb.

 

Qeyd edək ki, Santyaqo əvvəllər “River Pleyt”, “Atletiko Paranaense” kimi klublarda da oynayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza