Modern.az

İranda səfərdə olan italyan İslam dinini qəbul etdi

İranda səfərdə olan italyan İslam dinini qəbul etdi

Aktual

7 Fevral 2021, 17:35

İranda turist səfərində olan İtaliya vətəndaşı Sandro Fiore İslam dinini qəbul edərək müsəlman olub.

 

Modern.az xəbər verir ki, S. Fiore Hürrəməbad şəhərinin imam cüməsi Höcətulislam Əhməd Rza Şahruxa müraciət edərək İslam dinini qəbul etmək arzusunda olduğunu bildirib. O İslam dininin insanda əxlaqi keyfiyyətləri yüksəltdiyini və dünyanı daha dərindən dərk etməkdə köməklik göstərdiyini deyib.

 

İmam cümə S. Fioreyə İslam dininin mənəvi prinsipləri və üstünlükləri barədə geniş məlumat verib və ingilis dilinə tərcümə edilmiş Quran bağışlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza