Modern.az

Fatih Çəkirgə Mikayıl Cabbarov barəsində yeni köşə yazdı

Fatih Çəkirgə Mikayıl Cabbarov barəsində yeni köşə yazdı

Təhsil

18 Avqust 2012, 11:33

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çəkirgə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında yenidən yazıb.
”Hürriyet” bügünkü sayında Fatih Çəkirgənin Mikayıl Cabbarov olayı ilə bağlı növbəti köşə yazısını dərc edib.
“Uçaktaki o yolçu” başlıqlı köşə yazısında F.Çəkirgə hadisəni belə şərh edib.

“Barselonaya gedən təyyarədə olanları yazdım. Azərbaycanlı bir “mühüm kişi” stüardessaları təhdid edirdi. Arxadakı bir sərnişini zorla “biznes klas”a keçirmək istəyirdi. Stüardessalar gərgin mübarizə apardılar, amma heç nəzakətlərini itirmədilər. Mən bununla bağlı yazı yazdım, amma həmin şəxsin adını vermədim. Düşündüm ki, özü üzr istəyər”.

F.Cəkirgə bildirib ki, həmin şəxsi sərnişin siyahısında oturduğu yerin nömrəsinə görə müəyyənləşdirib və nəticədə onun Mikayıl Cabbarov olduğunu bilib.
Köşə yazarı bugünkü köşəsində daha sonra yazır:

“Ancaq Cabbarov “mən deyiləm, başqasıydı. Onsuz da hadisəni yazan Fatih Çəkirgənin həmin danışıqları eşitməsi imkansızdır” deyib. Bütün hadisə gözümün qarşısında olub. Mikayıl Cabbarovun da həmin “hirsli dialoq” içində olduğunu bilirəm. Hadisə təyyarə endikdən sonra hesabat hazırlanıb və mənim nəyisə eşitməyimə də ehtiyac yoxdur. Çünki rəsmi hesabat var”.

Daha sonra Mikayıl Cabbarov haqqında danışan köşə yazarı həmin təyyarədə olan bütün sərnişinlərin siyahısının və oturduqları yerlərin nömrələrinin əlində olduğunu qeyd edib.

“Oradakıların çoxu azərbaycanlıdır. Amma mən onların siyahısını yayımlamaqla haqsızlıq nümayiş etmək istəmirəm. Həmin “mühüm şəxs” özü hər şeyi etiraf etsin”.

Fatih Çəkirgə bildirib ki, Azərbaycandakı həmkarları bununla bağlı axtarış aparırlar. “Bir az gözləyib əlimdəki siyahını onlarla bölüşəcəm. Mən tanısam da, həmkarlarım tanıyar və həmin şəxs də ortaya çıxar. Təbii ki, burada əsil önəmlisi “Sən mənim kim olduğumu bilirsən” iddiadısnın ortaya çıxmasıdır”.

 

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi