Modern.az

Güclü külək Qaxı internetsiz qoydu

Güclü külək Qaxı internetsiz qoydu

Aktual

7 Fevral 2021, 23:34

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

 

Modern.az xəbər verir ki, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

 

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza