Modern.az

Vasif Talıbov 9 nəfəri təltif etdi - SƏRƏNCAM

Vasif Talıbov 9 nəfəri təltif etdi - SƏRƏNCAM

Aktual

8 Fevral 2021, 11:35

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

 

Əliyeva Səbahət Əli qızı

 

Nəcəfova Tərlan Məhəmməd qızı

 

Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

 

Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;

 

Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;

 

Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;

 

Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

 

Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;

 

Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

 

Qeyd edək ki, fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza