Modern.az

Serbiya Prezidentinə qarşı sui-qəsd hazırlandı

Serbiya Prezidentinə qarşı sui-qəsd hazırlandı

Aktual

8 Fevral 2021, 15:50

Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd hazırlanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Serbiyanın Cinayət Polis İdarəsinin rəisi Boqdan Puşiç "Pink" telekanalının efirində bildirib.

 

Onun sözlərinə görə, serb dövlətinin banisi Stefan Nemanın abidəsinin açılışı zamanı A. Vuçiçə sui-qəsd ola bilərdi: “Prezidentin təhlükəsizliyini təmin etmək üçün 859-dan çox xüsusi təyinatlı Stefan Nemanın abidəsinin açılışına cəlb olunub. Belə ki, informasiyalar sui-qəsd cəhdi olacağına işarə edirdi”.

 

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin daha əvvəl açıqlamasında ələ keçirilən böyük snayper qruplaşmasının sui-qəsd üçün təşkil olunduğunu bildirib.

 

Qeyd edək ki, A. Vuçiç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodiklə yanvarın 27-də serb dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışını edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza