Azərbaycanda iki birlik komandiri olan general ehtiyata buraxılıb.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Qeyd edək ki, hər iki generalın vəzifəsindən kənarlaşdırıldığı barədə xəbərlər hələ bir neçə ay öncə - 44 günlük Vətən müharibəsi dövründə yayılmışdı.