Modern.az

Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra edir - Nazirlik

Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra edir - Nazirlik

Aktual

8 Fevral 2021, 17:48

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.

Nazirlikdən deyilib ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza