Modern.az

“Baku Medical Plaza” tüstüləndi - VİDEO

“Baku Medical Plaza” tüstüləndi - VİDEO

Aktual

8 Fevral 2021, 21:18

Bakının Xətai rayonu, Babək prospektində “Baku Medical Plaza”da yanğının baş verməsi ilə bağlı xəbərlər yayılıb.

 

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, sözügedən səhiyyə ocağında tüstülənmə olub, onun da qarşısı alınıb.

“Baku Medical Plaza”nın PR meneceri Aysel Rzayeva da qeyd edib ki, klinikanın avtoklav hissəsində qısqapanma olub, tez bir zamanda qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Xəstələrin təxliyyə edilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil (qafqazinfo).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza