Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 103 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, son 24 saatda ölkədə daha 8103 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8567, ağır xəstələr isə 1310 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 539 559 nəfər koronavirusa yoluxub, onlardan 26 900-ü həyatını itirib.