Kot d İvuar millisinin və İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.
Modern.az xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyasında (səviyyəcə 4-cü liqa) çıxış edən "Folqorye Karateze" komandasına keçib.
Gənc forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir.