BMT Baş katibi Antonio Quterreş ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmasını alqışlayır və ölkənin təşkilatın işinə əhəmiyyətli töhfələr verəcəyini düşünür.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, - deyə Düjarrik mətbuat konfransında qeyd edib.