Modern.az

"Bavariya" dünya çempionatında finala çıxdı

Aktual

9 Fevral 2021, 00:08

Almaniya "Bavariya"sı Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi yarımfinalda Afrikanın ən güclüsü olmuş Misirin "Əl-Əhli" klubu ilə üz-üzə gəlib. Əl-Rayan şəhərindəki "Əhməd bin Əli" stadionunda təşkil olunmuş görüş Münhen komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu 17-ci və 85-ci dəqiqələrdə Robert Levandovski vurub.

 

Həlledici görüşdə "Bavariya" Meksika "Tiqres"i ilə qarşılaşacaq. Oyun fevralın 11-də keçiriləcək. Həmin gün 3-cü yer uğrunda matçda "Əl-Əhli" Braziliya "Palmeyras"ını sınağa çəkəcək.

 

Qeyd edək ki, "Tiqres" yarımfinalda "Palmeyras"ı 1:0 hesabı ilə yenib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza