Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 376 mindən çox artıb.
Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 376 569 nəfər yeni koronavirusa yoluxub, 9 664 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 805 951, ölənlərin isə 2 312 278 nəfərə çatıb.
Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.