Modern.az

Daha bir deputat Qənirə Paşayevaya dəstək verdi

Daha bir deputat Qənirə Paşayevaya dəstək verdi

Təhsil

18 Avqust 2012, 18:02

Millət vəkili Qənirə Paşayevanın İranda baş verən zəlzələdə əziyyət çəkən insanlara yardımla bağlı etdiyi çağırışa daha bir həmkarı dəstək verib. Deputat Jalə Əliyeva Modern.az-a açıqlamasında digər həmkarları kimi Qənirə Paşayevanın qaldırdığı təşəbbüsü müsbət qiymətləndirərək İranda yaşayan soydaşlarımıza yardım etməyə hazır olduğunu bildirib.

“Zəlzələ baş verdiyi an ölkə prezidenti səviyyəsində bu məsələyə reaksiya verildi. Təbii ki, fəlakətə düçar olanların ağrı-acılarını azaltmaq üçün Azərbaycandan İrana yardım karvanı yol salındı. Həmçinin ölkə başçısı tərəfindən Azərbaycan xalqı adından başsağlığı verildi. Düşünürəm ki, hər birimizin mövqeyini dövlətimiz ortalığa qoydu. Bununla bərabər bir vətəndaş olaraq, eyni qandan, eyni candan olan insanların üzləşdikləri problemləri, dərdlərini azaltmaq üçün təbii ki, biz də əlimizdən gələni etməyə hazırıq. Mən daha əvvəl dediyim ki, bu təşəbbüsə qoşuluram. Sadəcə olaraq, mən bu yardımların fərdiləşməsinin əleyhinəyəm. Millət vəkillərindən də bu təşəbbüsə tərəf çıxanlar oldu. Burada hər hansı məbləğ müəyyənləşdirmək də düşünürəm ki, düzgün olmazdı. Ola bilər ki, biri daha çox yardım edə bilər, digəri ondan bir qədər az yardım edə bilər. İstərdim ki, kimin nəyə gücü çatırsa o qədər də yardım əlini uzatsın. Bu günlərdə bir neçə deputat həmkarım da bu yardım kampaniyasına qoşulub. Mən də öz növbəmdə buna dəstək verməyə hazıram”, - deyə J.Əliyeva vurğulayıb.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva İranda zəlzələdən əziyyət çəkən soydaşlarımıza yardım etmək üçün deputat həmkarlarına və olimpiya çempionlarına çağırış edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi