Modern.az

Ermənistan sülhməramlıların Qarabağdan çıxmasına QARŞIDIR

Ermənistan sülhməramlıların Qarabağdan çıxmasına QARŞIDIR

Qarabağ

9 Fevral 2021, 11:53

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Taron Simonyan sülhməramlılardan danışıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, spiker Ararat Mirzoyana sual verərək, rusiyalı sülhməramlılarla bağlı üçtərəfli razılaşmanın bitməsindən sonra nələr olacağını soruşub.

 

“Üçtərəfli razılşamanın başa çatmasına 4 il, 8 ay, 12 saat qalıb. Bu müddət hadisələrin hər cür ssenari üzrə inkişafına hazırlaşmaq üçün qalan zamandır. Həmin müddətin effektli istifadə olunub-olunmayacağını dəqiq bilmək istəyirəm”-deyə Simonyan soruşub.

 

 

Spiker Ararat Mirzoyan məsələnin aktual olduğunu söyləyib. Onun fikrincə, sülhməramlıların Qarabağda daha uzun müddətə qalması Yerevanın maraqlarına cavab verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi