Modern.az

Avropanın ən yaşlı insanı koronavirusdan sağaldı

Avropanın ən yaşlı insanı koronavirusdan sağaldı

Aktual

9 Fevral 2021, 17:38

Avropanın ən yaşlı insanı rahibə Lusile Randon koronavirusa qalib gəlib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, 11 fevralda 117 yaşı tamam olacaq rahibə 1904-cü ildə anadan olub.

 

L.Randon 16 yanvarda Fransada COVID-19-a yoluxub. Sağalaraq koronavirusa qalib gələn yaşlı qadın xəstəxanadan yaşadığı qocalar evinə dönüb. Qocalar evinin rəhbərliyi şəhər meriyası ilə birlikdə L.Randonun 117 yaşını qeyd etmək üçün doğum günü şənliyi təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza