Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 231362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib, aktiv xəstə sayı 2521 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6960, ötən müddət ərzində isə ümumilikdə 2463610 test aparılıb.