Modern.az

Hacıqabulda kürəkən qayınata və qaynını bıçaqladı

Hacıqabulda kürəkən qayınata və qaynını bıçaqladı

Aktual

9 Fevral 2021, 20:55

Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib. 

 

Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb. 

 

Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza