Modern.az

Nazirlikdən yanvarın sosial ödənişlərilə bağlı AÇIQLAMA

Nazirlikdən yanvarın sosial ödənişlərilə bağlı AÇIQLAMA

Aktual

10 Fevral 2021, 09:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla  486,9 milyon manat vəsait ödənilib.

“Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib. Bu artımlar üçün Fond tərəfindən əlavə olaraq illik 444 milyon manat sərf olunacaq”,- nazirlik bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza