Modern.az

Apteklərdə satılan sürətli COVID-19 testlərinə inanmaq olarmı? - AÇIQLAMA

Apteklərdə satılan sürətli COVID-19 testlərinə inanmaq olarmı? - AÇIQLAMA

Aktual

10 Fevral 2021, 10:20

Bəzi apteklərdə sürətli COVID-19 testləri satılır. Bəs o testlərə nə dərəcədə inanmaq olar?

Modern.az xəbər verir ki, koronavirus xəstələtilə işləyən anestezioloq-reanimatoloq Şahin Məmmədovun bildirdiyinə görə, həmin testlər əsasən infeksiozluğu göstərir, infeksiyanı yox.

“Gərək burun-udlaqdan götürülmüş materialda virus həddən artıq çox olsun ki test + çıxsın. Bunun əhəmiyyəti var ki, əhali arasında yüksək virus yüklü xəstələr tez aşkar olunsun. Kimdə +çıxıbsa virus yükü yüksəkdir və həmin insan çox yoluxdurucudur. Amma kimdə virus yükü azdırsa,  yalnış neqativ cavab çıxacaq. Və həmin adam arxayınlaşaraq davranışına elə də nəzarət etməz və ətrafdakılara virusu yayar. Qısaca: sizdə həmin test + dursa inanın, həm də bilin ki, ətrafdakılar üçün yoluxdurucusunuz, xəstəliyin ilk 5-10 günlüyündəsiniz. Əgər cavab neqativ çıxarsa, tam arxayın olmaq olmaz, bu testlər infeksiyanı inkar edə bilmir. Ola bilər siz COVİD-19-a yoluxmusunuz, amma virus yükünüz azdır”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza