Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində Qarsda keçirilən Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri ilə bağlı paylaşım edib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təlimlərin önəmli hissələrindən biri sabah gerçəkləşdiriləcək.
Qeyd olunub ki, artıq təlimləri izləmək istəyən media əməkdaşları təyyarə ilə paytaxt Ankara şəhərindən Qarsa gəliblər.