Modern.az

Bağçakürd kəndində Şəhid anasının müraciəti operativ həll edildi

Bağçakürd kəndində Şəhid anasının müraciəti operativ həll edildi

Aktual

10 Fevral 2021, 11:18

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Bağçakürd kəndində  Şəhid ailələri və Qazilərini ziyarət edərkən Vətən müharibəsi Şəhidi Quliyev Aqşin Mehdi oğlunun anası Tahirə Quliyeva onun həyətyanı torpaq sahəsi ilə pay torpağı arasında  gediş-gəliş  yolunun  olmadığını, bu məqsədlə  Şəmkir Maşın Kanalının ərazidən keçən qolu üzərindən körpünün təmin edilməsini xahiş edib.

 

Modern.az xəbər verir ki, icra başçısının, Şəhid anasının müraciətinin təmin olunması ilə bağlı tapşırığına əsasən, başçının müavini Rafət Qurbanovun rəhbərliyi ilə, rayon Suvarma Sistemləri İdarəsinin məsul şəxsləri, yerli icra nümayəndəsi və Bələdiyyə səfərbər edilərək məsələnin icrasına başlanılıb.

 

Şəhid anasının narahatçılığı nəzərə alınaraq,  Şəmkir Maşın Kanalının paylayıcı qolu üzərindən,  su axınına maneçilik yaratmamaqla kanala sukeçirici boru salındı və  onun üzərinə çınqıl-daş örtüyü verilərək körpünün salınması təmin edildi. Bununla da Şəhid ailəsinin narahatçılığına son qoyuldu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza