Modern.az

Respublika fənn olimpiadalarına start verildi

Respublika fənn olimpiadalarına start verildi

Aktual

10 Fevral 2021, 12:06

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib.

 

Modern.az xəbər verir ki, olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçirilir.

 

Qeyd edək ki, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

 

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza