Modern.az

Xəzərdə 3 evdən oğurluq edildi

Xəzərdə 3 evdən oğurluq edildi

Aktual

10 Fevral 2021, 12:25

Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsininin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

 

Onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza