Modern.az

YAP fəalları Gəncə Uşaq Evi sakinlərinin qonağı olublar - FOTOLAR

YAP fəalları Gəncə Uşaq Evi sakinlərinin qonağı olublar - FOTOLAR

Aktual

10 Fevral 2021, 12:34

Mütəmadi olaraq Gəncə Uşaq Evinin sakinlərini ziyarət edən YAP Gəncə şəhər təşkilatının gənc fəalları bu dəfə də ənələrinə sadiq qalaraq, balaca fidanların qonağı olublar.

 

Modern.az xəbər verir ki, görüşün məqsədi ilə bağlı açıqlama verən YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyin sədri Kamaran Abbasov bildirib ki, uşaqların vətənpərvər ruhda böyüməsində, dəyərlərimizə sahib çıxan gənclik kimi formalaşmasında xeyirxahlıq, yardımlaşma kimi dəyərlərimizin təbliğinin böyük əhəmiyyəti var.

 

Görüşün daha da maraqlı olması üçün gənclər uşaqlar üçün müxtəlif intellektual və əyləncəli oyunlar, yarişlar keçirib, qalibləri mükafatlandırıblar.

 

Həm balacalara qayğı göstərmək, sevinc, bəxş etmək arzusunda olan gənclər, həm də uşaqlar fərqli bir gün yaşayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza