Modern.az

Azərbaycan millisinin oyunu ilə bağlı UEFA-dan məktub gəldi

Azərbaycan millisinin oyunu ilə bağlı UEFA-dan məktub gəldi

Aktual

10 Fevral 2021, 13:02

2022-ci ildə təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədiylə keçiriləcək Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

 

Modern.az AFFA-ya istinadən xəbər verir ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Avstriyanın Vyana şəhərində təşkil olunacaq. Bununla bağlı bu gün UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

 

Qətər millisi yarışa UEFA tərəfindən dəvət olunub və seçmə mərhələdə millimizin yer aldığı A qrupunda çıxış edəcək.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza