Modern.az

“Azərbaycan Ordusu müharibədən sonra Türkiyə Ordusu üçün çox maraqlıdır” - Hərbi ekspert

“Azərbaycan Ordusu müharibədən sonra Türkiyə Ordusu üçün çox maraqlıdır” - Hərbi ekspert

Aktual

10 Fevral 2021, 14:50

“İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun qazandığı hərbi təcrübələr hər kəsin maraq dairəsindədir. Eyni zamanda bu təcrübələr qardaş ölkə Türkiyə üçün də maraqlıdır. Qarsda Türkiyə ilə birgə keçirilən təlimlər çox yüksək səviyyədə daavm edir”.


Bu sözləri Modern.az-a hərbi ekspert, polkovnik Şair Ramaldanov təlimlər haqqında danışarkən deyib.


“Türkiyə-Azərbaycan münasibətlərin inkişafı fonunda hərbi təlimlər ənənəvi xarakter daşıyır və ildə bir dəfə keçirilir. Hərbi mütəxəssislərimiz davamlı olaraq qardaş ölkə ilə birgə tədbirlərə qoşulur. Hər ilin sonunda gələn il üçün planlar tərtib olunur və həmin planda birgə hansı təlimlərin keçiriləcəyi əks olunur.

Plana uyğun olaraq hazırda Türkiyə ilə birgə Qarsda hərbi təlimlər keçirilir. Bu təlimlər ağır qış şəraitində keçirilən təlimlərdir. Davam edən təlimlərdə bizim əsgərlərimiz Qələbə qazanmış ordunun nümayəndələri kimi iştirak edir. Düşünürəm ki, bu bizim iştirakımıza başqa bir rəng qatır. Zəfər çaldığımız müharibədə hərbçilərimizin qazandığı təcrübələr Türkiyə Silahlı Qüvvələri üçün də maraqlıdır”.



Hərbi ekspertin sözlərinə görə, hər iki ölkənin döyüş qabiliyyəti birgə fəaliyyət çərçivəsində daha da artacaq.


“Mən deyərdim ki, Azərbaycanın peşəkarlığı çox yüksək səviyyədədir. Həm müasirlik, həm də konkret nəticələrlə Azərbaycan Ordusu Türkiyə Ordusu üçün bir tərəfdən qardaş ölkə kimi, digər tərəfdən isə peşəkar ordu kimi çox maraqlıdır. Ona görə də Türkiyə ilə birgə keçirilən təlimlər çox maraqlı və yüksək səviyyədə keçir. Həmişə olduğu kimi, bu təlimlərdə də qarşıya qoyulan bütün məqsədlərə nail olunacaqdır.

Hər iki ölkənin həm dostluq, həm də döyüş qabiliyyəti birgə fəaliyyət çərçivəsində artacaqdır. Orada iştirak edən hərbçilər bu təlimdən sonra öz döyüş hazırlığını həmişə olduğu kimi, növbəti bir mərhələyə qaldırmağa nail olacaqlar”.



Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza