Modern.az

Qusarda ruhi xəstə intihar edib

Qusarda ruhi xəstə intihar edib

Aktual

10 Fevral 2021, 15:12

Qusarda 61 yaşlı kişi intihar edib.

 

Modern.az xəbər verir ki, hadisə Qusar şəhərində - Həzi Aslanov küçəsi 108 ünvanında baş verib.

 

Belə ki, şəhər sakini, 61 yaşlı Vaqif Abbas oğlu Bekerov özünü yaşadığı evin həyətində yeni tikilən yaşayış binasının giriş hissəsində-tavandan elektrik naqili ilə özünü asıb. Hadisə barədə fevralın 9-da səhər saat 10-da Qusar polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gəlib. Meyit və hadisə yeri müayinə olunub. Mərhumun meyiti tibbi ekspertiza edilib.

 

Hadisə ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma başlanılıb.

 

Ailəli olan mərhum Vaqif Bekerovun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 

Aytəkin Alxaslı

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza