Modern.az

Sabah cəbhədə monitorinq keçiriləcək

Sabah cəbhədə monitorinq keçiriləcək

Təhsil

22 Avqust 2012, 10:23

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər.  Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi