Modern.az

Navalnının xanımı Rusiyanı tərk etdi

Navalnının xanımı Rusiyanı tərk etdi

10 Fevral 2021, 19:35

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyanı tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Navalnayanın "Domodedovo" hava limanından Frankfurt--Mayna uçduğu bildirilir.

 

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

 

23, 31 yanvar və  2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu