Modern.az

Zaqatalada azyaşlını maşın vurdu

Zaqatalada azyaşlını maşın vurdu

10 Fevral 2021, 23:02

Zaqatalada 9 yaşlı uşağı avtomobil vurub.

 

Modern.az xəbər verir ki, Zaqatala şəhəri M.Nəzirova küçəsində yaşayan 2012-ci il təvəllüdlü Tahir Seyran oğlu Məmmədov yaşadığı ərazidə minik avtomobilinin zərbəsi ilə üzləşib.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 yaşlı T.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Məmmədova sol topuğun və sol qolun sınığı dioqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu